• Rus Dili
  • Reklam
    » » GÜNÜNÜZ QUTLU OLSUN, GƏNCLƏR!
    

    GÜNÜNÜZ QUTLU OLSUN, GƏNCLƏR!

    2-02-2016, 22:18
    Oxunub: 490
    Şərhlər: 0
    Çap versiyası
    GÜNÜNÜZ QUTLU OLSUN, GƏNCLƏR!

    GÜNÜNÜZ QUTLU OLSUN, GƏNCLƏR!
    "Gəncliyi anlamadığınız an dünyadakı işiniz bitmiş deməkdir"
    Corc Mc Donald
    Gənclik cəmiyyət adlı ağacın gələcək üçün bar verən fidanıdır. Onun adı bu gün, onun adı gələcək. Bir millətin sabahı gənclər olmadan aydınlanmaz. Milli dəyərlər, nəsillərdən bizə əmanət olan ciyinlərdən daşına biləcək müqəddəs yükün şanlı qulluqçularıdır gənclər... Əxlaqı təmiz, mədəniyyəti yüksək, cəsarət dolu ürəkli gənclər istiqbal qapısını açmaq üçün şifrədirlər... Gəncləri millət ağacının nurlu və parlaq meyvələri görmək istəyiriksə, onları ancaq haqq və ədalət dolu çağırışlarımıza şərik edəcəyik. Fin yazıçısı, filosof Yohan Vilhelm Snelmanın da qeyd etdiyi kimi gəncliyin ruhunu işlənməyən bir tarla kimi özbaşına buraxsan, orada tikanlar yetişər... Demək ki, gəncliyin ruh dünyasının bağbanı olmaq gərəkdir. Onların hiss və düşüncələrini bir fidan kimi qorumaq lazımdır. İdeal gəncliyin yetişməsi üçün ən önəmli olan onların təhsilidir. Təhsil, savad milli dəyərlər ilə əxlaqi dəyərləri qucmursa, onun qoynunda yetişən gənclik əksikdir, yoxsuldur... Məhəmməd Peyğəmbər (s.a.v) buyurub ki, sizə gənclərlə xeyirxah olmanızı tövsiyə edirəm. Çünki gənclərin ürəyi yumşaqdır. Allah məni şahid, mübəşşir və nəzir olaraq göndərdi. Gənclər mənə uydu, ixtiyarlar isə müxalifət etdi... Demək ki, gələcəklə bağlı ümidlərimiz, gənclərə davranış şəklinə və onları necə yetişdirdiyimizə bağlıdır... Onları sevgi və şəfqət insanı etməmiz bilərdən asıldır. Sevgi verməliyik bolluca... Əgər onlar ümid, əzmlərini itirərlərsə, bu millətin gələcəyində günəş doğmaz, üfüqləri dumanlı, çənli, sabahları qaranlıq deməkdir... Dostlar! Əgər bir dünyaya ədalət və hürriyyətin əbədi sancağını tikəcək bir nəsil yetişdirmək istəyiriksə, gəncliyi çətin, çıxışlmaz düşüncələrdən, qaranlıq ideallardan, bütlərdən, onları ümidsizliyə yönləyən fikirlərdən uzaq tutmalıyıq. Ta ki, idealımızdakı nəsil yetişsin və cahan onların əlindən bir daha qurtuluş suyunu içsin!

    Tamilla Qulamiскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.