DataLife Engine > Xeberlenti / Dunya > Yeni yerdəyişmələr olacaq - Türk nazir

Yeni yerdəyişmələr olacaq - Türk nazir


1-09-2016, 22:00. Разместил: Cavid
Yeni yerdəyişmələr olacaq - Türk nazir

Bu kimi dəyişikliklər gözləniləndir. Qarşıdakı günlərdə də belə istefalar olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ Əfqan Alanın postundan istefa verməsinə münasibət bildirərkən deyib.

“Bu çox təbiidir. İqtidar partiyası olaraq müəyyən zamanda belə yerdəyişmələrə ehtiyac duyuruq. Bəzən də dostlarımız bunu özü tələb edə bilər. Olduqca normalıdır”, - Akdağ bildirib.

Qeyd edək ki, Daxili İşlər naziri Əfqan Ala dünən axşam saatlarda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra istefa verib. Onun yerinə Əmək naziri Süleyman Soylu təyin edilib.

Soylunu isə Məhməd Müəzzinoğlu əvəzləyib.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад