DataLife Engine > Xeberlenti > Kırımoğlu: Türkiyə, Ukraynaya silah göndərmək niyyətindədir

Kırımoğlu: Türkiyə, Ukraynaya silah göndərmək niyyətindədir


11-02-2016, 03:26. Разместил: Rufet Kırımoğlu: Türkiyə, Ukraynaya silah göndərmək niyyətindədir


Krım Tatarlarının mənəvi lideri kimi qəbul edilən Krım Tatar Milli Məclisinin Sabiq Sədri, Ukrayna Parlamentinin Deputatı Mustafa Abdülcemil Kırımoğlu, Türkiyənin Ukraynaya silah göndərməyi araşdırma hazırlığında olduğunu irəli sürdü.

Kırımoğlu, RBK-Ukrayina adlı mətbu orqanına verdiyi müsahibədə, özünün üç gün əvvəl Ukrayna Müdafiə Naziri Stepan Poltoraka Türkiyə Cümhuriyyəti Müdafiə Nazirliyindən bir məktub çatdırdığını, sözügedən məktubda Türk rəsmilərin, Ukraynaya lazımi döyüş sursatlarının təmin olunması məsələsini araşdırmağa hazır olduqlarının qeyd edildiyini deyib.

TÜRKİYƏDƏN HƏRBİ NÜMAYƏNDƏ HEYƏTİ UKRAYNAYA SƏFƏR EDƏCƏK

Sözügedən müsahibədə o, keçən ay Ankaraya etdiyi səfərə toxunan Kırımoğlu, özünün bu səfərdə Türkiyə ilə Ukrayna arasındakı münasibətlər haqqında danışıqlar apardığını qeyd edib. Kırımoğlu, "gözləyin, çox tezliklə Türkiyədən bir hərbi nümayəndə heyəti Ukraynaya gələcək" deyə danışdı. Türkiyənin NATO sisteminə daxil olan silahları verməsi üçün NATO razılığının şərt olduğunu xatırladan Kırımoğlu, buna qarşılıq Türkiyənin öz istehsal etdiyi silahları vermək barədə qərarı özünün verəcəyini dilə gətirdi.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад