DataLife Engine > Xeberlenti / İdman > Eder: ''Ronaldo mənə dedi ki...''

Eder: ''Ronaldo mənə dedi ki...''


11-07-2016, 13:10. Разместил: agxebere  Eder: ''Ronaldo mənə dedi ki...''
"Özümü əla hiss edirəm. Arzumuzu gerçəkləşdirmək üçün çox çalışdıq. Çempionluğa layiqik. Bütün məşqçi heyəti və futbolçular bu uğuru çox istədik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Eder "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Baş məşqçimiz məni milliyə çağıran zaman oyunlarda iştirak edəcəyimə inanırdım. Meydanda olmaq üçün çox çalışdım. Qalibiyyət qolunu vurduğuma görə xoşbəxtəm" - deyə o bildirib.


Eder Ronaldo ilə olan dialoqu haqda da danışıb:

"Ronaldo mənə dedi ki, qalibiyyət qolunu vuracağıq. O, bu qolu mənim vuracağıma inandığını bildirdi. Ronaldonun sözləri mənə güc verdi".
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад