DataLife Engine > Xeberlenti > ''Magistr'' dərəcələrinin verilməsi qaydalarına dəyişiklik edilib

''Magistr'' dərəcələrinin verilməsi qaydalarına dəyişiklik edilib


19-06-2016, 10:45. Разместил: Cavid  ''Magistr'' dərəcələrinin verilməsi qaydalarına dəyişiklik edilib
Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edib. "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-Zadə imzalayıb.

Qərarda bildirilir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri əlavə edilsin.
2. 1.4-cü, 2.2-ci və 4.4-cü bəndlərə, 1.7-ci bəndin birinci abzasına və 2.13-cü bəndin birinci cümləsinə müvafiq olaraq “müəssisəsində” və “müəssisələrində” sözlərindən sonra “və AMEA-da” sözləri əlavə edilsin.
3. 1.9-cu bəndə “hazırlığı” sözündən sonra “AMEA istisna olmaqla,” sözləri əlavə edilsin.
4. 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsinə, üçüncü abzasının birinci, ikinci cümlələrinə və 3.2-ci bəndin ikinci cümləsinə müvafiq olaraq “müəssisəsi” və “müəssisələri” sözlərindən sonra “və AMEA” sözləri əlavə edilsin.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад