DataLife Engine > Xeberlenti > Türkiyə parlamenti yeni hökumətə etimad göstərib Böyüt

Türkiyə parlamenti yeni hökumətə etimad göstərib Böyüt


29-05-2016, 13:27. Разместил: agxebert Türkiyə parlamenti yeni hökumətə etimad göstərib  Böyüt
Bu gün Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətə etimadla bağlı səsvermə keçirilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən 453 deputatdan 315 deputat hökumətə etimad göstərib.

Beləliklə, Türkiyə parlamenti yeni hökumətə etimad göstərib.

Səsvermədən sonra çıxış edən baş nazir B. Yıldırım sabiq baş nazir Əhməd Davudoğluna xidmətləri ilə bağlı təşəkkür edib, demokratiyanın inkişaf etdiriləcəyini, terrora qarşı qətiyyətlə mübarizə aparılacağını və Türkiyəni Mustafa Kamal Atatürkün 2023-cü il hədəflərinə çatdıracağını bəyan edib.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад