"QARABAĞ" Azərbaycan kubokunun qalibi oldu
25-05-2016, 23:00. Разместил: Rufet

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib.
Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.
Вернуться назад