DataLife Engine > Xeberlenti > Müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü

Müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü


15-05-2016, 13:13. Разместил: Rufet Müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü
Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli ilə görüşüb.

Müdafiə Nazirliyinin saytında bildirilir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən müdafiə naziri bu əlaqələrin daimi olacağını qeyd edib. Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад