DataLife Engine > Xeberlenti > Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi - VİDEO

Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi - VİDEO


21-03-2016, 10:09. Разместил: Admin Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi - VİDEO
Bir neçə maşın xarab olaraq suyun ortasında qalıb – köməyə PPX gəlib
Bu gün paytaxt Bakıda yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) körpüyə qalxan və oradan düşən istiqamətdə yağış suları toplanıb. Nəticədə həmin yerdən keçən sürücülər çətinliklə üzləşiblər. Yağış suyunun hündürlüyü təxminən 30-40 sm olduğundan, minik maşınlarının bəzilərinin içərisinə su dolub. Hətta əks istiqamətdə hərəkət edən bir neçə maşın xarab olaraq suyun ortasında qalıb. Hadisə yerinə Post Patrul Xidməti maşını gəlib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yağmurlu hava sabah da davam edəcək.
скачать dle 10.6фильмы бесплатно
Вернуться назад