DataLife Engine > Xeberlenti > Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək


8-03-2016, 08:50. Разместил: Admin Bu gün Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşəcək
Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki komandası müəyyənləşəcək.

"Report"un məlumatına görə, qarşılaşmalar İspaniya və Almaniyada keçiriləcək.
İspaniyanın "Real Madrid" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Madrid klubu ilk görüşdə 2:0 hesablı qələbə qazandığından evdə işi nisbətən asan olacaq. Zinəddin Zidan cavab görüşündə Kərim Benzemanın xidmətindən yararlana bilməyəcək. İspanlar heç-heçə edəcəyi təqdirdə də qitənin ən nüfuzlu klub turnirinin 8 komandası arasında mübarizəni davam etdirəcək. "Roma" isə meydana De Rossisiz çıxacaq. İtaliya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün qapısından qol buraxmamaq şərtilə rəqib qapısından 3 top keçirməlidir.
Digər qarşılaşma Almaniyanın "Volfsburq" komandası isə Belçikanın "Gent" klubu arasında baş tutacaq. İlk görüş almanların 3:2 hesablı səfər qələbəsi ilə yekunlaşdığından oyunun maraqlı keçəcəyini proqnozlaşdırmaq olar. Almaniyada keçiriləcək qarşılaşmada "Gent" ən azı qol buraxmadan qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək. "Volfsburq" isə istənilən hesablı qələbə və ya heç-heçə sayəsində adını 8 komanda siyahısına yazdırmış olacaq. Hər iki komanda oyuna itkilərlə çıxacaq.

Çempionlar Liqası, 1/4 final, cavab görüşləri

8 mart

23:45. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. "Santyaqo Bernabeu"
İlk oyun: 2:0
23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)
Baş hakim: Damir Skomina (Sloveniya)
Volfsburq. "Volksvagen Arena"
İlk oyun: 3:2
Qeyd edək ki, digər cavab görüşləri 9, 15 və 16 martda keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад