DataLife Engine > Xeberlenti / Dunya > Türkiyənin “Zeytun budağı” əməliyyatında məhv etdiyi terorçuların sayı 2184-ə çatdı

Türkiyənin “Zeytun budağı” əməliyyatında məhv etdiyi terorçuların sayı 2184-ə çatdı


28-02-2018, 12:00. Разместил: Cavid Türkiyənin “Zeytun budağı” əməliyyatında məhv etdiyi terorçuların sayı 2184-ə çatdıTürkiyənin “Zeytun budağı” əməliyyatında məhv etdiyi terorçuların sayı 2184-ə çatdı

Suriyanın Afrin bölgəsində məhv edilən terrorçuların sayı 2184-ə çatıb.

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 39 gündür davam edir.

Bu müddət ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi məhv edilib.

Əməliyyat nəticəsində 100-dən artıq kənd terrorçulardan təmizlənib. Azad edilən ərazilərdə mülki əhali arasında gizlənməyə çalışan terrorçu PKK/PYD qruplaşmasının 2 silahlısı da aşkar edilib. Çoban paltarında olan həmin terrorçular hərbçiləri hərəkət istiqamətindən yayındırmağa cəhd göstəriblər. Onlar saxlanılıb və Türkiyəyə aparılıblar.

Qeyd edək ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.



Reportскачать dle 10.6фильмы бесплатно
Вернуться назад