Fələstin lideri xalqını silahlı müqavimətə çağırıb
7-12-2017, 19:10. Разместил: Cavid

“Report” "Ahaber"ə istinadən xəbər verir ki, Fələstin lideri bunu ABŞ prezidenti Donald Trampın “Qüdsü İsrailin paytaxtı” qəbul etməsi bağlı qərarından sonra bildirib.
M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.
Hazırda Fələstinin bütün bölgələrində Donald Trampın qərarına etiraz olaraq tətil keçirilir.
Вернуться назад