DataLife Engine > Xeberlenti / Siyasət / Ölkə / Manşet > İlham Əliyev Sergey Lavrovu qəbul etdi

İlham Əliyev Sergey Lavrovu qəbul etdi


19-11-2017, 21:30. Разместил: agxebere İlham Əliyev Sergey Lavrovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Fedeasiyasının Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə prezident Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

Report xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan XİN başçısı deyib.

“Siz bu yaxınlarda Tehranda Rusiya Federasiyasının prezidenti ilə görüşdünüz. Bu, noyabrın 1-də olub. O, sizə ən xoş salamlarını çatdırır. Böyük məmnuniyyətlə sizinlə əlaqələri xatırlayır", - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya Azərbaycanla əldə olunmuş bütün razılaşmaları yerinə yetirmək məsələsinə sadiqdir.

"Biz böyük məmnuniyyətlə ticarət dövriyyəsinin artmasını qeyd edirik. Bizim statistikaya görə, ilk doqquz ay ərzində bu göstərici 60 faizdən çox olub. Bu, bir neçə il əvvəl ticarət dövriyyəsinin enməsi tendensiyasını geri çevirmək və templəri artırmaq üçün ciddi addımdır", - deyə S.Lavrov əlavə edib.

O, həmçinin bu il Stavropolda uğurla keçirilən regionalararası forumu da xatırladıb. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsindən çıxış yolu tapmaqda və nizamlanmanın təmin edilməsində maraqlıdır.скачать dle 10.6фильмы бесплатно
Вернуться назад