• Rus Dili
  • Reklam
    » » Davudoğlu ABŞ-a sərt reaksiya verdi - "Vurarıq"
    

    Davudoğlu ABŞ-a sərt reaksiya verdi - "Vurarıq"

    11-02-2016, 20:13
    Oxunub: 816
    Şərhlər: 0
    Çap versiyası
    Davudoğlu ABŞ-a sərt reaksiya verdi - "Vurarıq"

    Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ı PYD məsələsi ilə tənqid atəşinə tutaraq bölgə ilə bağlı mühüm mesajlar verib.

    Avropa.info xəbər verir ki, baş nazir Əhməd Davudoğlu Avropa Birliyinin hazırki sədri və Hollandiyanın baş naziri Mark Rutte ilə görüşündən sonra mətbuat konfransı keçirib.

    Davudoğlu ABŞ-ın PYD-ni terror təşkilatı olaraq görməməsi ilə bağlı bir suala cavab verərəkən bunları deyib:

    "Terror bir cinayətdir. Amma ondan da təhlükəli olan bir şey var ki, bu da terror təşkilatları arasında ayrı-seçkilik etməkdir. Buradan da “bu terror təşkilatı mənim üçün zərərli deyilsə bunu terror təşkilatı olaraq saymıram” kimi bir yanlış ifadə meydana çıxır. Bütün dövlətlər terror təşkilatlarına qarşı eyni mövqedə olmasa və hansısa dövlət ona zərər verməyən terror təşkilatlarını günahsız göstərməyə çalışsa o zaman bütün terror təşkilatlarına yardım etmək kimi yanlış bir mövqe yaranacaq. 11 sentyabr hadisələri zamanı Türkiyə ABŞ-ın yanında yer aldı. Terrora qarşı mübarizədə iştirak etdi. Açıq təhlükə mənbəyi sayıla biləcəyimiz PKK-nın bir qolu olan YPG-nin terror təşkilatı olmadığı tezisini müdafiə etmək, terror qarşı aparılacaq mübarizəyə ən böyük zərbədir. ABŞ-ın bu məsələdəki mövqeyinin dəqiqləşməsini gözləmək haqqımızdır. Vaşinqtona da dost ölkələrə də səslənirəm, Türkiyəyə zərər verməklə birlikdə başqa ölkələrə zərər vermədiyi üçün üzrlü görülən terror təşkilatları bir müddət sonra ən böyük zərəri digər ölkələrə də verəcək. Biz Türkiyə daxilində apardığımız mübarizəyə Suriyadan də açıq dəstək gəldiyini bilsən İraqda əməliyyatlar keçirdiyimiz kimi Suriyada da əməliyyat keçirər və Suriyadakı terror yuvalarını vurarıq. Dostlarımızdan da bizim yanımızda və terror təşkilatlarının qarşısında olmasını gözləyirik".
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.