"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub![]() "Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyununa İtaliyanın Florensiya şəhərində çıxacaq. Sentyabrın 29-da "Artemio Franki" stadionunda "Fiorentina" ilə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 3-ə təsadüf edən Yunanıstan PAOK-u ilə görüş Saloniki şəhərində yerləşən "Tumba" stadionunda keçiriləcək. Həmin oyunun start fiti 23:05-də səslənəcək. "Qarabağ"ın sonuncu səfər oyunu Çexiyanın Liberets şəhərində "Slovan"a qarşı olacaq. Noyabrın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.