• Rus Dili
  • Reklam
    » » “Qəbələ” pley-off mərhələsində - Yenilənib
    

    “Qəbələ” pley-off mərhələsində - Yenilənib

    4-08-2016, 23:56
    Oxunub: 340
    Şərhlər: 0
    Çap versiyası
     “Qəbələ” pley-off mərhələsində - YenilənibBu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulur.

    Axar.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxır.


    Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşır. Mərhələni keçmək üçün “qırmızı-qaralar”a qolsuz bərabərlik də yetərli olacaq. Əgər “Qəbələ” bunu bacarsa, ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

    ***

    Filip Ozobiç matçın 34-cü dəqiqəsində "Qəbələ"nin heyətində hesabı açdı: 1-0.

    ***

    Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

    Qol.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən “Qəbələ” də növbəti oyununa çıxıb.

    Roman Qriqorçukun komandası Bakıda Fransanın “Lill” komandasını qəbul edib.Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Bununla da "Qəbələ" tarixində ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsinə yüksəlib.


    Qeyd edək ki, “Qəbələ” bu mərhələyə qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.

    4 avqust

    Avropa Liqası

    III təsnifat mərhələsinin cavab oyunu

    21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa) - 1:0
    Qol: Filip Ovobiç, 33 (1:0)
    İlk oyun – 1:1
    Baş hakim: Aleksey Yeskov (Rusiya)
    Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
    Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
    Bakı. 8-ci km qəsəbə stadionuскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.