• Rus Dili
  • Reklam
    » » "Fətullah Gülənin ekstradisiyası üçün istintaq gedir" - "Washington Post"
    

    "Fətullah Gülənin ekstradisiyası üçün istintaq gedir" - "Washington Post"

    4-08-2016, 23:24
    Oxunub: 345
    Şərhlər: 0
    Çap versiyası
    "Fətullah Gülənin ekstradisiyası üçün istintaq gedir" - "Washington Post"“Washington Post” qəzeti yazır ki, Türkiyənin Fətullah Gülənin işi ilə bağlı göndərdiyi 85 qutu sübut ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılır.

    Avropa.info xəbər verir ki, amerikan qəzeti Türkiyə və ABŞ arasında getdikcə ciddiləşən bu məsələ ilə bağlı bildirir ki, araşdırmanın ilk mərhələsi keçilib. Araşdırmanın müsbət rəy alması halında cinayət işi federal prokurorluğa göndəriləcək

    “77 yaşlı, səhhəti pozulmuş Gülən Pensilvaniyada yaşayır. Türkiyəyə görə çevrilişin beyni odur” – qəzet belə yazır.

    Türkiyənin Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a istintaq materialları göndərdiyi daha əvvəl də deyilmişdi. Vaşinqtona göndərilən 85 qutu materiallarda gülənçilərin ədliyyə, polis və ordunun qiyamçı hissəsi daxil türk cəmiyyətinin hər hissəsinə nüfuz etdiyi göstərilir və Gülənin çevrilişin arxasında olan beyin olduğu sübut edilir.

    İkinci mərhələdə artıq tədqiqatı Ədliyyə Nazirliyi aparacaq. İş ikinci mərhələni də keçərsə məhkəmə iddiası federal prokurora göndəriləcək.

    “Washington Post”un xəbərinə görə, istintaq araşdırmasının digər məsələsi Gülən camaatının ABŞ Konqresindəki fəaliyyətidir. Qəzetə görə, 2007-ci ildə bu tərəfə Konqresdən Türkiyəyə səfər edən 289 heyət Gülən camaatının sponsorluğu ilə gəlib.

    Bundan başqa Gülən hərəkatına bağlı onlarla təşkilat siyasi kampaniyalara on minlərlə dollar ianə verib. İanə alan siyasətçilərin arasında Respublikaçılar partiyasının əsas üzvlərində biri Con Böhmer və Rik Perri, Demokratlardan prezidentliyə namizəd Hillari Klintonun da adı var.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.