• Rus Dili
  • Reklam
    » » Prokurorluqdan Nigar Vahabovanın ölümü ilə əlaqədar açıqlama
    

    Prokurorluqdan Nigar Vahabovanın ölümü ilə əlaqədar açıqlama

    10-02-2016, 14:14
    Oxunub: 572
    Şərhlər: 0
    Çap versiyası
    Prokurorluqdan Nigar Vahabovanın ölümü ilə əlaqədar açıqlama


    1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabovanın ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Yasamal Rayon Prokurorluğundan Azxeber.com-a verilən məlumata görə, Hazırda ölümün səbəbinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Bununla əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.

    Prokurorluqdan həmçinin bilidiblər ki, hələlik N.Vahabovanın ölümü ilə bağlı heç kim saxlanılmayıb.

    Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, 23 yaşlı Nigar Vahabovanın fevralın 8-i saat 19 radələrində yaşadığı Yeni Yasamal 2, bina 5 ünvanında meyidi aşkar edilib. İlkin ehtimala görə, o intihar edib.

    Xatırladaq ki, Report-un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Nigar Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Agentliyin yazdığına görə, məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.

    Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.

    Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.

    Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.

    Bildirək ki, Nigarın bacısı Aytac Vahabova İctimai Televiziyada redaktor vəzifəsində işləyir.

    Aytac Vahabova bacısının ölümü ilə bağlı atv.az-a bildirib ki, bəzi saytlar bacısının ölümü ilə bağlı səhv, yalan məlumatlar yayırlar: "Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

    Deyirlər, guya maddi problemi olub. Necə maddi problem ola bilər ki onun? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.