• Rus Dili
  • Reklam
    » » Statistika: Azərbaycanda uşaq ölümlərinin sayı artıb
    

    Statistika: Azərbaycanda uşaq ölümlərinin sayı artıb

    9-07-2016, 00:03
    Oxunub: 474
    Şərhlər: 0
    Çap versiyası
    Statistika: Azərbaycanda uşaq ölümlərinin sayı artıb

    Nəsib Quliyev: ''Dünyanın bütün ölkələrində diri doğulmanın yeni meyarlarına keçilirsə, o zaman ölüm göstəricisində yüksəlmə müşahidə olunur, hələ Azərbaycanda çox az yüksəlib''

    Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb. Bu barədə məlumatı "Trend" yayıb. Agentliyin statistik məlumatlara əsasən verdiyi xəbərə görə, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

    Uşaq ölümlərinin səbəbləri arasında tənəffüs sistemi xəstəliklərindən ölüm birinci yerdə dayanır. Ötən il 221 nəfər uşaq bu xəstəliklərdən dünyasını dəyişib.

    Perinatal dövrdə meydana çıxan hallardan 1233, bəzi infeksiyon və parazitar xəstəliklərdən 65, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından) 198 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

    Ötən il hər 10 000 nəfər diri doğulana bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 109,5 uşaq düşüb. 2014-cü ildə isə bu rəqəm 102,5 uşaq, 2013-cü ildə 107,9 uşaq olub.

    Statistik məlumatlara görə, ölən körpələrin çoxu oğlan uşaqlardır. 2014-cü ildə ölən 1 yaşadək oğlan uşaqlarının sayı azalaraq 976-a (həmin ildə ölən 1 yaşadək uşaqların ümumi sayı 16 55 olub) ensə də, 2015-ci ildə ölən oğlan uşaqlarının sayı (1 220) yenidən artıb.

    2010-cu ildə Azərbaycanda dünyasını dəyişən 1 843 nəfər 1 yaşa qədər uşaqların 1 018-si oğlan, 825-i qız olub. 2015-ci ildə isə dünyasını dəyişən 2 033 nəfər 1 yaşa qədər uşağın 1 220-si oğlan, 813-ü qız olub.

    Azərbaycanda hər 10 000 nəfər diri doğulana düşən uşaqlar arasında 1 yaşadək ölən qız uşaqlarının sayı üzrə artım olmasa və bu rəqəm 2014-cü ildəki səviyyədə qalsa da (9,5), oğlanlar üzrə bu göstəricidə çoxalma qeydə alınıb.

    Ölkədə hər 10 000 nəfər diri doğulana düşən 1 yaşa qədər ölən uşaqların sayı 2010-cu ildə 11,5, 2014-cü ildə isə 10,9 olsa da, 2015-ci ildə bu rəqəm 12,2-ə yüksəlib.

    Məlumatı Meydan TV-yə şərh edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyir ki, bütün dünyada uşaq ölümünə əsas səbəb tənəffüs sistemi xəstəlikləridir: "Yəni təkcə Azərbaycanda belə deyil, bütün ölkələrdə belədir. Səbəbi də tənəffüs üzvlərinin xarici mühitlə birbaşa və birinci olmasıdır. Məsələn, adamın bağırsağı bir dəfə xəstələnirsə, nəfəs yolları ildə 3-4 dəfə xəstələnir".

    Statistika: Azərbaycanda uşaq ölümlərinin sayı artıb


    Baş pediatrın sözlərinə görə, 2015-ci ilin yanvarından etibarən Azərbaycan diri doğulmanın yeni meyarına keçib: "Bu, o deməkdir ki, hamiləlik müddəti 22 həftədən yuxarı və bədən kütləsi 500 qramdan çox olan hər hansı həyat əlamətli doğulan döl varsa, onu diri doğulma kimi qiymətləndirirlər. Həmin meyara görə, əvvəl "gecikmiş düşük" adlanan döl indi diri doğulmuş uşaq kimi qiymətləndirilir. Bir daha deyirəm, bədən kütləsi 500 qramdan artıqdırsa, hamiləlik dövrü 22 həftədən çoxdursa, o uşağa yardım göstərirlər. Təbii ki, burda da ölüm faizi çox yüksəkdir. Dünyanın bütün ölkələrində diri doğulmanın yeni meyarlarına keçilirsə, o zaman ölüm göstəricisində yüksəlmə müşahidə olunur, hələ Azərbaycanda çox az yüksəlib".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.