• Rus Dili
  • Reklam
    » » İlhamənin oğluna cinayət işi açıldı – Üzəduran dostu barədə yeni faktlar
    

    İlhamənin oğluna cinayət işi açıldı – Üzəduran dostu barədə yeni faktlar

    9-02-2016, 19:21
    Oxunub: 761
    Şərhlər: 0
    Çap versiyası
    İlhamənin oğluna cinayət işi açıldı – Üzəduran dostu barədə yeni faktlar
    Son günlər böyük qalmaqallarla gündəmi zəbt edən Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb.

    AzNews.az-a daxil olan məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın üzünə durmaqla gündəmə gələn, O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

    Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.
    Araşdırma zamanı həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.

    Qeyd edək ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.