• Rus Dili
  • Reklam
    » » Kredit borcuna görə vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilərmi?
    

    Kredit borcuna görə vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilərmi?

    5-07-2016, 21:13
    Oxunub: 1 005
    Şərhlər: 1
    Çap versiyası
     Kredit borcuna görə vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilərmi?
    Hazırda banklara borcu olan və ödəməkdə çətinlik çəkən minlərlə vətəndaş var . Xüsusən də son devalvasiyadan sonra problemli kreditlərin həcminin artması da bu cür insanların az olmadığını göstərir. Həmin insanları düşündürən suallardan biri də kredit borcuna görə ölkədən çıxışlarına qadağa qoyulub –qoyulmayacağı ilə bağlıdır.

    “Yeni Müsavat” olaraq bu mövzuya aydınlıq gətirməyə çalışdıq. Hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov sualımız cavablandırarkən bildirdi ki, vətəndaşın kredit borcuna görə ölkədən çıxışına yalnız məhkəmə qərarı ilə qadağa qoyula bilər: “Bu da yalnız o halda mümkün ola bilər ki, vətəndaş borcunu üzrsüz səbəbdən ödəmir. Üzrsüz səbəb də odur ki, vətəndaşın gəliri var və sübut olunub, lakin ödəməkdən imtina edir. Qadağa üçün mütləq məhkəmə qərarı olmalıdır”.

    Ekspert təəssüf hissi ilə onu da vurğuladı ki, çox zaman Azərbaycan təcrübəsində bu iki şərtin ikisi də pozulur: “Bəzən görürsən ki, ölkədən çıxışa qadağa haqqında məhkəmə qərarı var, amma vətəndaşın borcunu üzrsüz səbəbdən ödəməməsi faktı yoxdur, sübuta yetirilməyib. Sadəcə vətəndaşın borcu ödəməməsi məhkəmə üçün əsas olur ki, onun ölkədən çıxışına qadağa qoyulsun. Halbuki qanunda birmənalı şəkildə qeyd olunub ki, üzrsüz səbəbdən ödəmirsə... Lakin məhkəmələr çox zaman bu maddəni rəhbər tutmurlar. Bəzən isə heç ümumiyyətlə məhkəmə qərarı olmadan, məhkəmədən kənar qaydada, Daxili İşlər Nazirliyi vətəndaşın ölkədən gedişinə qadağa qoyur. Bu ümumiyyətlə, qanunsuzdur. Çünki, məhkəmədən başqa heç bir dövlət orqanının borca görə vətəndaşın ölkədən çıxışına qadağa qoymağa ixtiyarı yoxdur”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    rolex replica 19 iyun 2017 10:18
    uk replica watches existence, one is cohesion, one is replica watches uk dissipated. Dissipation is not lost without this thing, but it is not visible to the replica watches people. He used "too virtual" that "gas" of the dissipation of the state, which is the original state of origin,"gas" is "too virtual" and all things together. Zhang Zai also said: "know the void that gas, there is no, hidden significantly, deification, life alone."
              1
    комментариев публикаций