• Rus Dili
  • Reklam
    » » İraqdan gülünc açıqlama - "Türkiyə ilə döyüşməyə hazırıq"
    

    İraqdan gülünc açıqlama - "Türkiyə ilə döyüşməyə hazırıq"

    9-02-2016, 17:03
    Oxunub: 528
    Şərhlər: 0
    Çap versiyası
    İraqdan gülünc açıqlama - "Türkiyə ilə döyüşməyə hazırıq"
    İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyası sensasion bəyanatla çıxış edib.

    AĞ Xəbər Avropa.info-ya istinadən xəbər verir ki, komissiya Türkiyə əsgərlərinin İraq torpaqlarından ancaq hərbi yolla çıxarılmasının mümkün olacağını, İraq könüllülərinin türk ordusuna qarşı döyüşməyə hazır olduqlarını bildirib.

    Komissiya üzvü Falih Hazal verdiyi açıqlamada İraqın diplomatik və hüquqi yolları sınadığını, Təhlükəsizlik Şurasına şikayət etdiyini, lakin nəticəsiz qaldığını deyib.

    Hazal problemin ancaq hərb yolu ilə həll oluna biləcəyini, Haşd Şabi adlandırılan könüllülərin döyüşə hazır olduğunu qeyd edib. Adı çəkilən Haşd Şabi adlı qruplaşma İranın təsiri altında olan şiə qruplaşması kimi tanınır. Haşd Şabinin adı Beynəlxalq Amnistiya və bir sıra beynəlxalq təşkilatların hesabatında İraqın sünni vətəndaşlarına qarşı qətliamlarda hallandırılır.

    Qeyd edək ki, Türkiyə ilə döyüşəcəyini bildirən İraq ordusu bir neçə il öncə, İŞİD-in İraqa hücumu nəticəsində silahlarını atıb qaçmışdılar. 2014-cü ildə isə İraqın baş naziri Heydər İbadi Türkiyədən əsgərlərini Mosul yaxınlığındakı Başika düşərgəsinə göndərməyi xahiş etmişdi. Lakin Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra, İraq hökuməti türk əsgərlərinin Mosul yaxınlığından çıxarılmasını tələb edir. Ərazinin faktiki sahibi olan İraq Kürdüstanı regional rəhbərliyi isə Türkiyə əsgərlərinin Başikada qalmasını istəyir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.