• Rus Dili
  • Reklam
    » » İsrailli qız yataq otağında fələstinli tərəfindən öldürülüb
    

    İsrailli qız yataq otağında fələstinli tərəfindən öldürülüb

    1-07-2016, 14:48
    Oxunub: 304
    Şərhlər: 0
    Çap versiyası
    İsrailli qız yataq otağında fələstinli tərəfindən öldürülüb
    İşğal olunmuş Qərb Sahilindəki yəhudi qəsəbəsində baş vermiş hücum nəticəsində azyaşlı israilli qız qətlə yetirilib.

    13 yaşlı Hallel Yaffa Ariel Kiryat Arbadakı evlərində, yataq otağında yuxuda olarkən hücuma məruz qalıb.
    Hücumdan öncə ərazini qoruyan təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb. Daha sonra basqınçı digər gözətçilər tərəfindən öldürülüb.

    Fələstin Səhiyyə Nazirliyi təcavüzkarın qonşu Bani Naim kəndinin sakini, 19 yaşlı Məhəmməd Tarayreh olduğunu müəyyənləşdirib.
    Oktyabr ayından bu yana artıq bıçaq, silah və avtomobil hücumları nəticəsində 34 israilli qətlə yetirilib.

    Həmin müddətdə əsasən basqınçılar olmaqla, 200-dən çox fələstinli də öldürülüb, İsrail bildirir.
    Cümə axşamı baş vermiş hadisədə hücuma məruz qalan qız dəfələrlə bıçaq zərbələri alıb, İsrail mətbuatı xəbər verir.

    O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanaya çatdırılsa da, qısa müddət sonra həyatını itirib, xəstəxana rəsmiləri bildirir.
    Basqıçıya müqavimət göstərmiş gözətçinin isə bir neçə bıçaq və odlu silah zərbəsi aldığı bildirilir.
    Onun Hadassah Tibb Mərkəzində ağır vəziyyətdə olduğu deyilir. (BBC Azəri)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.