• Rus Dili
  • Reklam
    » » Göyçayın icra başçısıda yola salınır – Mübariz Ağayev Ziya Məmmədovun güdazına gedir
    

    Göyçayın icra başçısıda yola salınır – Mübariz Ağayev Ziya Məmmədovun güdazına gedir

    9-02-2016, 16:04
    Oxunub: 773
    Şərhlər: 0
    Çap versiyası
    Göyçayın icra başçısıda yola salınır – Mübariz Ağayev Ziya Məmmədovun güdazına gedir
    Göyçayın icra başçısı Mübariz Ağayev bir müddət əvvəl rayona rəhbər təyin olunanda onu atəşfəşanlıqla qarşılayan qohum-əqrabası, artıq işlərinin çətinə düşdüyünün fərqinə varıblar.
    Ötən günlərdə xəbər vermişdik ki, nəqliyyat naziri Ziya Məmmədovla bağlantısı olan icra başçılarının işdən çıxarılması üçün artıq qərar verilib.
    Əldə etdiyimiz məlumata görə, bu sırada Mübariz Ağayevin də adı var. Ona görə ki, nəqliyyat nazirinin ən etibarlı adamlarından sayılan icra başçısının adı, həm də başqa qalmaqallı məsələlərə qarışıb. Məsələn, onun Ziya Məmmədovun «sağ əli» kimi tanınan Qulam Ələkbərovun kadrı olması, habelə onunla birgə xaricdə biznesinin varlığı və bunların hamısının gizlin tutulması işləri daha da çətinləşdirib.
    Amma Mübariz Ağayevin üzləşdiyi çətinliklərdən biri isə «arxadan vurulan zərbə» kimi də qiymətləndirilə bilər. Verilən məlumatda vurğulanır ki, Göyçayın icra başçısı ilk əvvəl ovucunun içində saxladığı məmurlardan artıq etinasızlıq görməyə başlayıb. Hətta bəzi iddialara görə, müəyyən idarə və müəssisə rəhbərləri rayon rəhbərini saya belə salmır.
    Mənbə iddia edir ki, Mübariz Ağayevin bu duruma düşməsində ətrafında cərəyan edən proseslərin, habelə Ziya Məmmədovun nüfuzdan düşməsinin də rolu az deyil. Onların bildirdiyinə görə, Ağayevin yaxın vaxtlarda vəzifəsindən gedəcəyi bəzi məmurların əl-qolunu açıb və bu səbəbdən də ona tabe olmaqdan dolayı yolla boyun qaçırırlar.(jam.az)
    Qarşı tərəfi də dinləməyə hazırıq.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.