• Rus Dili
  • Reklam
    » » Rusiyadan Türkiyəyə yeni dəvət
    

    Rusiyadan Türkiyəyə yeni dəvət

    23-06-2016, 16:58
    Oxunub: 1 047
    Şərhlər: 0
    Çap versiyası
     Rusiyadan Türkiyəyə yeni dəvət
    Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında Soçidə görüş baş tuta bilər. ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN başçılarının görüşünə bütün nazirlərin dəvətli olduğunu bildirib. "Biz bütün nazirləri dəvət etdik və hamını gözləyirik. Həmçinin Türkiyə və Ukrayna tərəfinə, amma hələ ki onlardan cavab yoxdur. Mən düşünürəm ki, bir həftə iştirakçıların adları məlum olacaq".

    Nazir müavininin sözlərinə görə, Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN başçılarının toplantısına dəvəti müsbət dəyərləndirsə, onda Rusiya tərəfi bu ölkənin xarici işlər naziri ilə danışıqlar aparmağa hazırdır. Vasili Nebenzya Türk tərəfinin bu dəvəti dəyərləndirəcəyi halda danışıqlara hazır olduqlarını qeyd edib.

    "Nazirlərin görüşü üçün imkan olacaq - biz heç kimdən qaçmırıq, gizlənmirik, hamıyla danışırıq və istənilən danışıqlar üçün bu mənada açığıq", - deyə Nebenzya əlavə edib. QDİƏT-na Qara dəniz və Balkan yarımadası regionunun dövlətləri daxil olur. Xarici İşlər Nazirliyinin başçılarının müşavirəsi iyulun 1-də Soçidə keçəcək.

    Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri soyuyub.Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. Bundan sonra Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

    Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərar əsasən Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.