• Rus Dili
  • Reklam
    » » Ronaldo jurnalistin mikrofonunu gölə tulladı - VİDEO
    

    Ronaldo jurnalistin mikrofonunu gölə tulladı - VİDEO

    22-06-2016, 18:37
    Oxunub: 413
    Şərhlər: 0
    Çap versiyası
    Ronaldo jurnalistin mikrofonunu gölə tulladı - VİDEO

    Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo "Correio da Manha" nəşrinin jurnalistinə qarşı aqressiv davranıb.

    Goal.az xəbər verir ki, müxbir ona yaxınlaşıb sual vermək istədiyi anda Ronaldo mikrofonu alaraq gölə tullayıb. Hadisə milli üzvlərinin Macarıstana qarşı keçiriləcək oyundan öncəki gəzintisi zamanı olub. KİV nümayəndələrinə Avropa çempionatının oyunundan əvvəl millinin futbolçularından açıqlama almaq qadağan edilib. Buna məhəl qoymayan "Correio da Manha" əməkdaşı Ronaldoya yaxınlaşıb ondan oyuna hazır olub-olmamasını soruşub. "Real"ın hücumçusu isə haqqında danışılan hərəkəti edib.

    Qeyd edək ki, Ronaldo bu media orqanına veto qoyub və ora heç bir açıqlama vermir. Səbəbi sözügedən nəşrin futbolçunun şəxsi həyatını tez-tez gündəmə gətirməsidir.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.