AVRO-2016: Türkiyə - Xorvatiya matçının hakimləri açıqlanıb![]() Futbol üzrə Avropa çempionatında üçüncü oyun gününün təyinatları açıqlanıb. "Report"un məlumatına görə, iyunun 12-də ilk qarşılaşma Türkiyə ilə Xorvatiya yığmaları arasında keçiriləcək. Görüşü isveçli referi Yonas Eriksson idarə edəcək. Ona həmyerlilərindən Matias Klaseniusla Daniel Varnmark yan xətt, Stefan Yohanessonla Markus Strömberqsson əlavə köməkçi hakim qismində yardımçı olacaq. Şotlandiyalı Uilyam Kollum dördüncü hakim, irlandiyalı Damyen Makqreyt ehtiyat köməkçi hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor ingiltərəli Devid Ellerey, UEFA nümayəndəsi danimarkalı Sten Dahrupdur. Parisdəki "Park de Prens" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qeyd edək ki, Yonas Eriksson bundan əvvəl Avropa Liqasında İspaniyanın "Sevilya" və İngiltərənin "Liverpul" komandaları arasında keçirilmiş final matçının baş hakimi olub. Günün digər oyunlarının təyinatları: C qrupu 20:00. Polşa - Şimali İrlandiya Baş hakim: Ovidiu Alin Hateqan Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya) Dördüncü hakim: Tasos Sidiropulos Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan) Hakim-inspektor: Vlado Şayn (Sloveniya) UEFA nümayəndəsi: Byorn Vassallo (Malta) Nitsa, Şəhər stadionu D qrupu 23:00. Almaniya - Ukrayna Baş hakim: Martin Atkinson Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (İngiltərə) Dördüncü hakim: Robert Madden Ehtiyat köməkçi-hakim: Frensis Konnor (hər ikisi Şotlandiya) Hakim-İnspektor: Bo Karlsson (İsveç) UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr) Lill, "Pyer Moroy" stadionu.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.