• Rus Dili
  • Reklam
    » » Türkiyə Avropaya keçmiş miqrantların geri qəbulundan imtina etdi
    

    Türkiyə Avropaya keçmiş miqrantların geri qəbulundan imtina etdi

    5-06-2016, 21:11
    Oxunub: 690
    Şərhlər: 0
    Çap versiyası
     Türkiyə Avropaya keçmiş miqrantların geri qəbulundan imtina etdi
    Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.

    Sputnik.az saytı Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.

    16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur. Lakin Avropa İttifaqı viza sərbəstliyinin tətbiqindən əvvəl Türkiyəyə terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb. Türkiyə də bu səbəbdən razılaşmanı dondurmaq qərarına gəlib.

    Artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqı naziri Ömər Çelik rəsmi Ankaranın bu qərarını Avropa İttifaqına bildirib.

    Türkiyə Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbə "Akşam" qəzetinə bildirib ki, miqrantların geri qəbulunu nəzərdə tutan sazişin dondurulması Avropa İttifaqı tərəfindən anlayışla qarşılanıb. "Normal şərtlərdə miqrantların geri qəbulu ilə bağlı razılaşma iyunun 1-də qüvvəyə minməli, iyul ayından isə Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri başlamalı idi. Türkiyə bu iki razılaşmanın birliklə qüvvəyə minməsinin daha uyğun olacağına qərar verib." — deyə- mənbə bildirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.