• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı: “Hamımız Müsavat Partiyasından istefa verəcəyik”
    

    Tural Abbaslı: “Hamımız Müsavat Partiyasından istefa verəcəyik”

    8-02-2016, 16:28
    Oxunub: 1 031
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı: “Hamımız Müsavat Partiyasından istefa verəcəyik”
    May ayında “Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”.

    AĞ Xəbər APA-ya istinadən məlumat verir ki, Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

    T. Abbaslı bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”.

    T. Abbaslı Müsavatdakı aqibətlərinə də aydınlıq gətirib. O qeyd edib ki, blok üzvlərinin adları Müsavat Partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: “Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.