• Rus Dili
  • Reklam
    » » "Azərenerji" ləğv edildi
    

    "Azərenerji" ləğv edildi

    1-06-2016, 23:08
    Oxunub: 2 333
    Şərhlər: 0
    Çap versiyası
    "Azərenerji" ləğv edildi















    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.


    Sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 554; 2012, № 6, maddə 571; 2013, № 11, maddə 1452; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2015, № 4, maddə 437) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda aşağıdakı dəyişikliklər edilsin:

    1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “Azərenerji” ASC,” sözləri çıxarılsın və həmin sütunda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

    2. 2.3.3.3-cü yarımbənddə “Azərenerji” sözü “Azərişıq” sözü ilə əvəz edilsin", - sərəncamda deyilir.
    * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.