• Rus Dili
  • Reklam
    » » İraqlı vəkildən Türkiyə açıqlaması-Müharibə edəcəyik
    

    İraqlı vəkildən Türkiyə açıqlaması-Müharibə edəcəyik

    8-02-2016, 15:01
    Oxunub: 587
    Şərhlər: 0
    Çap versiyası
    İraqlı vəkildən Türkiyə açıqlaması-Müharibə edəcəyik
    İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyası Türk əsgərini işğalçı kimi səciyyələndirdi. Türk əsgərlərinin, "İraq torpaqlarından ancaq hərbi bir hərəkatla çıxacağını, müqavimət güclərinin də bu işğala qarşı döyüşməyə və İraqdan çıxarmağa hazır" olduğunu bildirib.

    Komissiya üzvü Falih Elhazali etdiyi bir açıqlamada İraqın diplomatik və hüquqi yolları sınadığını, Təhlükəsizlik Şurasına şikayətini çatdırdığını, amma, hələ də "Türklərin İraqın şimalında torpaq işğal etdiklərini" söylədi. Hazali, həllin hərbi hərəkat olduğunu müdafiə edərək Haşd Şabi olaraq adlandırılan könüllü əsgərlərin bu vəzifə üçün hazır olduqlarını, müharibə variantının İraq hökumətinin təqdirində olduğunu açıqlayıb.

    Hazali Türk əsgərlərinə qarşı döyüşməyin bu an mümkün olmadığını, bunun ancaq Mosulu xilas etdikdən sonra həyata keçirilə biləcəyini deyib. Hazali həmçinin "Türklərin İraqdan çıxarılmasının milli bir məsələ olduğunu İraqın suverenliyinə toxunduğunu bu üzdən bütün İraqlıların töhfə verməsi və susmaması lazım olduğunu" vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.