• Rus Dili
  • Reklam
    » » Türkiyənin yeni baş nazirinin ilk səfəri Bakıya olacaq
    

    Türkiyənin yeni baş nazirinin ilk səfəri Bakıya olacaq

    27-05-2016, 18:50
    Oxunub: 699
    Şərhlər: 0
    Çap versiyası
    Səfər iyunun 3-nə planlaşdırılıb.

    Türkiyənin yeni baş nazirinin ilk səfəri Bakıya olacaq














    Türkiyənin yeni baş naziri Binali Yıldırım Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər yayıb.

    Səfərin iyunun 1-nə planlaşdırıldığı bildirilir.

    Yıldırım baş nazir kimi ilk olaraq Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.

    Daha sonra o, Azərbaycana gələcək. Onun prezident İlham Əliyevlə görüşəcəyi bildirilir.

    Binali Yıldırım mayın 20-də Türkiyənin baş naziri seçilib. O, eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədridir. Yıldırımdan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib.

    Yıldırım mayın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini elan edib.

    Yeni baş nazir ilk Qarabağ bəyanatında münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini demişdi. “İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.

    Baş nazir Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.