"QARABAĞ" Azərbaycan kubokunun qalibi oldu![]() Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib. Qol.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib. Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.