• Rus Dili
  • Reklam
    » » Türkiyədə 7-ci baş nazir, biz də isə hələ də Rasi-Zadə...
    

    Türkiyədə 7-ci baş nazir, biz də isə hələ də Rasi-Zadə...

    24-05-2016, 11:25
    Oxunub: 2 184
    Şərhlər: 0
    Çap versiyası
     Türkiyədə 7-ci baş nazir, biz də isə hələ də Rasi-Zadə...

    Ən yaşlı və uzunömürlü Rasi-Zadə nə zaman gedəcək?


    Türkiyədəki baş nazir dəyişikliyi Azərbaycanda ənənəvi olan bir məsələni yenə aktuallaşdırıb. 20 ildir Azərbaycanın baş naziri postunda əyləşən 81 yaşlı Artur Rasi-Zadə ilə hakimiyyətin hələ də vidalaşmaması bir daha gündəmə gəlib.

    Təsadüfi deyil ki, Rasi-Zadənin baş nazirliyi dönəmində qardaş Türkiyə 7 dəfə ikinci postunda olan şəxsi dəyişib. Qonşu ölkələr içərisində ən yaşlı baş nazir olmaqla yanaşı, eyni zamanda Artur müəllim ən uzunömürlü baş nazirdir. Bu şəxsi hakimiyyət üçün dəyişməz edən səbəblər müəmmalı olaraq qalmaqdadır. Doğrudur, ölkənin ikinci şəxsini bir anda dəyişmək istənilən hakimiyyət üçün asan məsələ deyil. Amma ən azından son 20 ildə buna cəhdlər edilə bilərdi. Bunu biz görmədik.

    20 ildir iqtidarın dəyişməz kadrı olan, bəzən aylarla üzdə görünməyən Rasi-Zadənin yerinə iddiaçı olan şəxslər də zaman-zaman olub. Amma heç biri bu postu tuta bilməyib. Hətta baş nazirliyə iddiaçı şəxslərin “vurulması” proseslərinin də şahidi az olmamışıq son 20 ildə...
    Hansı şəxsin baş nazir olacağı barədə xəbər yayılan kimi ya ölkə daxilindən, ya da xaricindən gözəgörünməyən qüvvə həmin şəxsi sıradan çıxarır. Son olaraq, bunu maliyyə nazir Samir Şərifovun timsalında gördük...

     Türkiyədə 7-ci baş nazir, biz də isə hələ də Rasi-Zadə...

    Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, baş nazir postunda iqtidara Rasi-Zadə kimi şəxs lazımdır: “Lazım olmayacağı təqdirdə, Artur Rasi-Zadəni uzaqlaşdırmaq hakimiyyət üçün elə də çətin olmayacaq. O çıxanda ölkədə heç bir siyasi kataklizmlər baş verməyəcək, iqtisadiyyata ciddi zərbə vurulmayacaq, yeni inflyasiya dalğası yaranmayacaq. Sadəcə, indiki şəraitdə hakimiyyətə bu şəxs lazımdır. Onun vəzifədə qalması da, getməsi də mümkündür. Bu, hakimiyyətin istəyinə bağlıdır. İradədən çox şey asılıdır. Qonşu ölkələrlə Azərbaycan arasında ciddi fərqlər var. İstər baş nazir, istərsə də parlamentin funksiyaları ilə bağlı. Tutaq ki, mayın 22-nə qədər Türkiyədə baş nazir vəzifəsi hakimiyyətin ən ciddi qollarından biri idi. Davudoğlunun istefası və Binəli Yıldırımın gəlişi bu sindromu tamamən qırdı. Hamıya aydın oldu ki, orada baş naziri parlament yox, prezident təyin edir. Onun baxışlarına, istəyinə uyğun gəlməyən istənilən şəxsi baş nazirlikdən də, partiya sədrliyindən də çıxara bilər. Bu yaxşı tendensiya deyil. Çünki hakimiyyətin bölünməsi demokratiyanın göstəricilərindən biridir. Türkiyədə son seçimlərdə buna xələl gəldi. Gələcək baxımından müsbət sonucları olmayacaq. Azərbaycanda isə baş nazirliyin elə də ciddi funksiyası yoxdur. Sadəcə, icraedici orqanın zəif bir qoludur. Bu baxımdan Artur Rasi-Zadənin dəyişib-dəyişməməsinin elə də böyük rolu yoxdur”.

    Ümid sədri hakimiyyətin baş nazirlikdə kimin olması ilə bağlı “kadr qıtlığı” yaşamadığını düşünür: “İqtidar bu məsələdə kadr yoxluğu yaşadığını düşünmürəm. Çünki Rasi-Zadə indi necə fəaliyyət göstərirsə, onu əvəzləyəcək şəxs də o cür fəaliyyət göstərəcək. Çünki bu post aparıcı institut deyil ki, xüsusi istedada malik şəxs olsun. Bu baxımdan ”kadr qıtlığı" ola bilməz. Hakimiyyət belə istəyir. Necə sərfəlidirsə, o cür də hərəkət edilir".
    (Musavat.com)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.