Türkiyə ilə viza ləğvi: Almaniya tarix göstərdi![]() Almaniya Federativ Respublikası hökuməti hesab edir ki, Türkiyə ilə viza rejiminin ləğvi yalnız 2017-ci ildə mümkündür. axar.az xəbər verir ki, bu iddia ilə Bild nəşri etibarlı mənbələrə istinadən çıxış edib: “Hökumət dairələrində Ankaranın ilin sonunadək viza ləğvinin təmin edilməsi üçün lazımi şərtləri yerinə yetirməyəcəyi gözlənilir. Buna səbəb Türkiyə ilə Avropa Birliyi arasında təkrar-təkrar aparılan nəticəsiz danışıqlardır”. Qəzetin iddiasına görə, uzun müddət davam edən bu danışıqlar iyunun sonunadək yekunlaşa bilməz. Xatırladaq ki, daha öncə viza rejiminin 1 iyul 2016-cı il tarixində ləğv olunacağı iddia edilirdi. Türkiyə ilə viza rejiminin ləğvinə Böyük Britaniya kəskin etiraz edir. Britaniya Baş naziri Kemeron hətta 3000-ci ildə Türkiyənin Avropa Birliyi ölkələri ilə viza rejiminin ləğv edilməsi məsələsinin müzakirəsini mümkün sayıb və ölkəsinin bu təşəbbüsə veto qoyacağını açıqlayıb.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.