Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu – YA biz, YA O![]() Vaşinqton Türkiyə ilə kürdlər arasında seçim etməlidir.
Bir neçə gün əvvəl Barak Obamanın xüsusi nümayəndəsinin kürdlərin nəzarəti altında olan Suriyanın şimalındakı ərazilərə baş çəkməsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirib. Latin Amerikası ölkələrinə səfər edən Ərdoğan Türkiyəyə geri qayıtmazdan əvvəl jurnalistlərin suallarını da cavablandırıb. Çili, Peru, Ekvador ve Seneqala olan səfərlərinin ölkəsi üçün faydalı yekunlaşdığını bildirib və ABŞ rəhbərliyinə sual da ünvanlayıb: "Sizin ortağınız bizik, yoxsa PYD-dir, Kobanidəki terrorçulardır?. Mən hesab edirəm ki, ABŞ hakimiyyəti Demokratik Birlik Partiyası (PYD) ilə Türkiyə hakimyyəti arasında seçim etməlidir. "Biz sizə (ABŞ) etibar edə bilərik? Sizin Kobanidəki partnyorunuz bizik, yoxsa terrorçulardır?",- deyə Ərdoğan bildirib. Turkustan.info
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.