• Rus Dili
  • Reklam
    » » Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    

    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)

    16-05-2016, 16:37
    Oxunub: 390
    Şərhlər: 0
    Çap versiyası
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

    Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib.

    Təqdimetmə mərasimində çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla igidlərimizin yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb.

    Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.

    Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

    Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)
    Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbçilərin təltifləri ailə üzvlərinə təqdim edilib (FOTO)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.