• Rus Dili
  • Reklam
    » » 'Eurovision'un qalibi Krım türkləri haqqında mahnı oldu! - Ukrayna 1-ci!!! (VİDEO)
    

    'Eurovision'un qalibi Krım türkləri haqqında mahnı oldu! - Ukrayna 1-ci!!! (VİDEO)

    15-05-2016, 09:58
    Oxunub: 1 043
    Şərhlər: 0
    Çap versiyası
    'Eurovision'un qalibi Krım türkləri haqqında mahnı oldu! - Ukrayna 1-ci!!! (VİDEO)
    Stokholmda, Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi məlum olub.

    Musavat.com xəbər verir ki, müsabiqənin birincisi Ukraynanı “1944” adlı mahnı ilə təmsil edən Jamala olub. Ukrayna təmsilçisi münsiflərdən 211, tamaşaçılardan 323 səs toplayaraq 534 xalla birinci olub.

    Qeyd edək ki, Krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlı mahnının söz və musiqisi ifaçının özünə məxsusdur. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.

    Musavat.com qeyd edir ki, səsvermənin müəyyən fraqmenti Rusiya -Ukrayna arasında siyasi yarış şəklində gedib.

    Müsabiqənin ikincisi Avstariyanı təmsil edən Dami İm , üçüncüsü isə Rusiyanı təmsil edən Sergey Lazarev olub. Ermənistanı təmsil edən İveta Mukuçyan isə 6-cı pillədə qərarlaşıb. Azərbaycanı “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci sırada yer alıb. Ona 44 xal münsiflər, 73 xal isə tamaşaçılar tərəfindən verilib.

    'Eurovision'un qalibi Krım türkləri haqqında mahnı oldu! - Ukrayna 1-ci!!! (VİDEO)

    Beləliklə, gələn il “Eurovision” Ukraynada keçiriləcək.


    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.