• Rus Dili
  • Reklam
    » » Bərdədə səkkiz otaqlı ev yanıb
    

    Bərdədə səkkiz otaqlı ev yanıb

    7-02-2016, 14:32
    Oxunub: 550
    Şərhlər: 0
    Çap versiyası
    Bərdədə səkkiz otaqlı ev yanıb
    Bərdədə 8 otaqlı yaşayış evi yanıb.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Əyricə kənd sakini Telman Hüseynovun evində baş verib.

    T. Hüseynov APA-ya bildirib ki, yanğın gecəyarısı, hamı yatmış olduğu vaxt baş verib. 460 kv/m-lik ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

    Yanğını söndürən yanğınsöndürənlər hadisənin başvermə səbəbini araşdırır.

    Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bərdə rayonunun Əyricə kəndində birmərtəbəli, 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb. Qalan tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.