• Rus Dili
  • Reklam
    » » Öldürülən 4 rus generalının Türkiyə planı
    

    Öldürülən 4 rus generalının Türkiyə planı

    7-02-2016, 10:46
    Oxunub: 1 733
    Şərhlər: 1
    Çap versiyası
    Öldürülən 4 rus generalının Türkiyə planı
    Ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.
    Bir neçə gün əvvəl Türkiyə sərhədində yerləşən Suriyanın Türkməndağı bölgəsində yüksək rütbəli hərbçilərin keçirdiyi toplantıya edilən basqının bəzi təfərrüatları məlum olub.

    ANS PRESS-in məlumatına görə, 4 rus generalının iştirak etdiyi toplantıda, əsasən, Türkiyənin İslam coğrafiyasından qoparılması üçün atılacaq addımlar müzakirə edilib. Türkiyə mətbuatının yazdığına görə, ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.

    Xəritəni dəyərləndirən kəşfiyyat səlahiyyətliləri bildirir ki, Rusiya Suriyanın qərbindəki Afrin bölgəsindən Hələbin şərqinə qədər olan məsafəni Əsəd qüvvələri üçün dəhliz yaratmağa çalışır.

    Bunun nəticəsində isə Əsəd qüvvələri Türkiyə sərhədinin böyük hissəsinə nəzarət edəcək.



    Öldürülən 4 rus generalının Türkiyə planı

















    Fevralın 3-də Rus və Suriya generallarının iştirakı ilə Türkməndağı bölgəsində toplantı keçirilərkən müxalif qüvvələr basqın edib. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.

    Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.

    Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.

    Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur.

    Həmçinin oxuyun: Türkiyə sərhədində rus generallar öldürüldüскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    Yaşar 8 fevral 2016 10:29
    Bu Türkiyənin Suriya ərazisində nə işi var?Bir də Əsəd rejimi niyə yazırsız?Hökumət qüvvələri yazılmalıdı.Sərhəddə də Suriya nəzarət etməlidir.Türkiyə yox.Türkiyə Suriya ərazisinə təcavüz edib,adını da qoyub ki,guya türkmənlərə kömək edir.Camaatı qoyun yerinə qoymayın.Hamı yaxşı bilir orda nə baş verir
              1
    комментариев публикаций