• Rus Dili
  • Reklam
    » » Ermənistan höküməti və parlamenti " Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina etdi.
    

    Ermənistan höküməti və parlamenti " Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina etdi.

    5-05-2016, 18:25
    Oxunub: 1 534
    Şərhlər: 0
    Çap versiyası
    Ermənistan höküməti və parlamenti " Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina etdi.














    Biz Qarabağın müstəqilliyinin dəstəkləmirik". ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan höküməti məlumat yaıb. Ermənistanın baş nazirin sözçüsü Qoar Poqosyan öz "Facebook" səhifəsində "Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini" Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib.

    Hökumətin yekun rəyində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət Qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə sözçü qeyd edib.

    Ermənistan parlamenti də müstəqilliklə bağlı qanun layihəsini mayın 10-a nəzərdə tutulan iclasın gündəliyinə salmayıb.

    Separatçı rejimin tanınması barədə qanun layihəsi “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülüb.
    Ermənistan höküməti və parlamenti " Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina etdi.



















    Bu layihəyə bu gün Ermənistan hökuməti rəy verib. Hökumət qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək parlamentə göndərib.

    Rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.

    2013-2014-cü illərdə Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı məsələ parlamentdə müzakirə olunub. Amma qanunverici orqan qondarma rejimin “müstəqilliyini” tanımayıb.

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanın Qondarma dağlıq Qarabağ Respublikasını tanımasına dair açıqlama verib. “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”, - deyə o, “RİA Novosti”yə müsahibəsində deyib.

    Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: "Bu, parlamentin 2 üzvünün təklifidir".
    Ermənistan höküməti və parlamenti " Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina etdi.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.