• Rus Dili
  • Reklam
    » » Əhməd Davudoğlu istefaya gedir - YENİ BAŞ NAZİR KİM OLACAQ?
    

    Əhməd Davudoğlu istefaya gedir - YENİ BAŞ NAZİR KİM OLACAQ?

    5-05-2016, 14:15
    Oxunub: 771
    Şərhlər: 0
    Çap versiyası
    Əhməd Davudoğlu istefaya gedir - YENİ BAŞ NAZİR KİM OLACAQ?
    Türkiyənin yeni baş nazirinin kim olacağı sualı hazırda qardaş ölkədə ən çox müzakirə edilən məsələdir. Teleqraf.com xəbər verir ki, 24 avqust 2014-cü ildən baş nazir kürsüsünə sahiblənən Əhməd Davudoğlu 28 may 2016-cı ildə bu vəzifədən istefa verəcək. Türk mediasının məlumatına görə, Davudoğlu mayın 4-də istefa vermək niyyətində olub, hətta istefa ərizəsini yazaraq prezident Ərdoğana təqdim etmək istəyib. Lakin prezidentlə 1 saat 40 dəqiqə çəkən müzakirələrin sonunda razılığa gəlinib ki, mayın 28-nə qədər Davudoğlu baş nazir postunda qalsın. 28 mayda isə AKP-nin qurultayı keçirilsin, yeni partiya sədri seçilsin.
    Davudoğlu qurultayda sədrliyə namizəd olmayacaq və 28 maydan sonra AKP-nin millət vəkili kimi fəaliyyətini davam etdirəcək. İndi AKP-nin yeni sədrinin kim olacağı ən çox müzakirə edilən mövzudur. Çünki partiyada sədr postuna gətiriləcək şəxs həm də Türkiyənin növbəti dövr üçün baş naziri olacaq. Türk mediasının iddiasına görə, yeni baş nazir kürsüsündə əyləşəcək şanslı şəxslərin sayı 5-dən çox deyil. Bunlar ədliyyə naziri Bəkir Bozdağ, rabitə naziri Binəli Yıldırım, səhiyyə naziri Mehmet Müəzzinoğlu, baş nazirin köməkçisi Numan Kurtulmuş və enerji naziri Berat Albayrak ola bilər.
    Bəzi iddialara görə, AKP-nin nüfuzlu simalarından olan Mehmet Əli Şahin də indiki dönəmdə baş nazir ola bilər. Lakin qeyd olunur ki, son qərarı prezident Ərdoğan verəcək. Onu da, vurğulayaq ki, indiki siyasi elitada əslində “güclü prezident-çalışqan baş nazir” modeli mövcud idi. Bundan sonra baş nazir olacaq şəxslə prezident Ərdoğanın münasibətlərində fərqli bir model ortaya qoyulacaq. Türkiyə mediasının iddiasına görə, yeni baş nazir sadəcə bürokratik və ya liberal düşüncəli şəxs ola bilər. Ancaq bütün hallarda səlahiyyətlər prezidentin əlində cəmləşəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.