• Rus Dili
  • Reklam
    » » İrəvandan geri addım: “DQR"nin müstəqilliyi...”
    

    İrəvandan geri addım: “DQR"nin müstəqilliyi...”

    4-05-2016, 00:45
    Oxunub: 508
    Şərhlər: 0
    Çap versiyası
    İrəvandan geri addım: “DQR"nin müstəqilliyi...”
    “Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.

    APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

    “Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib.

    “Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.

    Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

    Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.