• Rus Dili
  • Reklam
    » » Rusiya ərzaqda “kartoçka” sisteminə keçir
    

    Rusiya ərzaqda “kartoçka” sisteminə keçir

    6-02-2016, 18:17
    Oxunub: 689
    Şərhlər: 0
    Çap versiyası
    Rusiya ərzaqda “kartoçka” sisteminə keçir
    Rusiya ərzaq talonlarının tətbiqinə hazırlaşır. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Məlumata görə, Rusiyanın Ticarət Nazirliyi əhaliyə ünvanlı ərzaq yardımının göstərilməsi üçün xüsusi sxem hazırlayıb. İqtisadi böhran nəticəsində ölkədə ərzaq məhsullarını almağa ciddi çətinlik çəkən çoxlu vətəndaş var. Bu proqrama görə, aztəminatlı vətəndaşlara ərzaq almaq üçün elektron kartlar veriləcək.

    Nazir müavini Viktor Yevtuxov “Reuters”ə bildirib ki, yardım 2 istiqamətdə həyata keçiriləcək. Birincisi, ticarət müəssisələrindən kart vasitəsilə, ikincisi, ictimai iaşə müəssisələrində güzəştli, yaxud pulsuz yemək verməklə.

    Qeyd edək ki, Rusiyada kasıbların sayı hazırda 22 milyon nəfərə çatıb. “Komsomloski pravda”nın yazdığına görə, 2015-ci ildə kasıbların sayı 2.3 milyon nəfər artıb. Bu kateqoriyaya isə zəruri ərzaq mallarını almağa imkanı çatmayanlar daxildir.

    Xatırladaq ki, “ərzaq talonu” sistemi keçmiş SSRİ-də uzun müddət tətbiq olunub. Həmin sistemlə vətəndaşlara bir neçə ərzaq malları üzrə aylıq norma nəzərdə tutan talon verilirdi. O zaman bunu əsasən ərzaq çatışmazlığına görə edirdilər ki, ən zəruri qida məhsulları minimal həddə də olsa, bütün vətəndaşlara çatsın. İndi Rusiya hökumətinin tətbiq etməyə hazırlaşdığı talon sistemi isə göründüyü kimi, vətəndaşların zəruri ərzaq mallarını almağa belə, pul tapa bilməməsinə görədir.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.