• Rus Dili
  • Reklam
    » » Neftin qiyməti 46 dolları ötüb
    

    Neftin qiyməti 46 dolları ötüb

    21-04-2016, 11:22
    Oxunub: 506
    Şərhlər: 0
    Çap versiyası
    Neftin qiyməti 46 dolları ötüb
    Dünya birjalarında neftin qiyməti sürətlə artır.

    "APA-Economics" xəbər verir ki, hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar artaraq 44,47 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar artaraq 46,12 dollar olub.

    İlk öncə qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin dekabr ayından etibarən ilk dəfə olaraq 45 dolları ötüb.

    Neftin kəskin bahalaşmasına Beynəlxalq Enerji Agentliyinin açıqladığı hesabat səbəb olub. Agentliyin hesabatında bildirilir ki, 2016-cı ildə OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı rekord dərəcədə aşağı düşəcək. Hesabat müəllifləri hesab edir ki, bu, bazarda balans yaradacaq.

    Agentliyin rəhbəri Fatih Birol qeyd edib ki, neftin qiymətinin aşağı olması son iki ildə investisiyaların 40%-dək azalmasına səbəb olub: "Bu hal daha çox ABŞ, Kanada, Latın Amerikası və Rusiyada müşahidə olunur. Bu il biz gündəlik 700 min barrel neftin hasil olunmasını gözləyirik ki, bu, son 25 ildə rekord dərəcədə aşağı göstəricidir. Bununla yanaşı, Hindistan, Çin və digər inkişaf etməkdə olan ölkələrdə tələb artır".

    Məhz bu hesabat və bəyanatdan sonra neftin qiymətində artım müşahidə olunmağa başlayıb.

    Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının həcminin gözləniləndən daha az olması birjaları canlandırıb. ABŞ-da neft ehtiyatları ilə bağlı açıqlanan məlumatlar da "qara qızıl"ın bahalaşmasına səbəb olan ikinci əsas amil kimi göstərilir. Belə ki, proqnozlara görə, ABŞ-da neft ehtiyatları 2,4 mln. barel artmalı idi. Amma bu ölkədə neft ehtiyatları gözləniləndən 0,3 mln. barel az, yəni 2,1 mln. barel artıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.