• Rus Dili
  • Reklam
    » » Sarkisyan təlimat verdi - Erməni qoşunları Qarabağdan çəkilir?
    

    Sarkisyan təlimat verdi - Erməni qoşunları Qarabağdan çəkilir?

    20-04-2016, 00:20
    Oxunub: 1 905
    Şərhlər: 0
    Çap versiyası
    Sarkisyan təlimat verdi - Erməni qoşunları Qarabağdan çəkilir?

    Sarkisyan təlimat verdi - Erməni qoşunları Qarabağdan çəkilir?














    “Aprelin 21-də Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana gələcək və Qarabağın nizama salınması üzrə “hiyləgər planı” təqdim edəcək”.

    Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “armenianreport” saytı yazıb.

    Sayt qeyd edir ki, bu planda Qarabağın Ermənistandan alınaraq Azərbaycana verilməsi var: “Rusiya Cənubi Qafqazda möhkəmlənməyi düşünür. Baxmayaraq ki, onun Ermənistanda iki hərbi bazası var, NATO-nun Şərqə doğru genişlənməsi Moskvanı narahat edir. Kreml Azərbaycan ərazisində öz hərbi bazasını yarada bilməz. Çünki onun rəhbərliyi öz suverenliyini prinsipial şəkildə qoruyur. Ərazi güzəşti haqda danışan yalnız Ermənistan rəhbərliyidir”.

    Sayt yazır ki, Lavrovun planına görə ərazilər Azərbaycana qaytarılır: “Burada bizə Dağlıq Qarabağın saxlanıldığı deyilsə də, yalandır. Nəticə etibarilə bütün ərazilər sonda Azərbaycanın olacaq”.

    Sayt diplomatik mənbələrə istinadən qeyd edir ki, Dağlıq Qarabağa gedən Serj Sarkisyan da ərazilərin qaytarılması ilə bağlı məsələni yerli komandanlıqla müzakirə edir: “Güman ki, Sarkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib. Bu, Lavrovun “hiyləgər planı”dır və bizim rəhbərliyimiz onun qarşısında boyun əyir”.

    Asif Nərimanlıскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.