• Rus Dili
  • Reklam
    » » Lavrov yenidən Bakıya gəlir
    

    Lavrov yenidən Bakıya gəlir

    19-04-2016, 16:16
    Oxunub: 635
    Şərhlər: 0
    Çap versiyası
    Lavrov yenidən Bakıya gəlir
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək. Bunu ANS PRESS-ə açıqlamasında Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, səfər bu həftənin sonuna planlaşdırılır.

    Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.

    "Yaxın saatlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yeni təmaslar barədə məlumat ola bilər. Təmaslar dayanmayıb. Düşünürəm ki, bu gün - bir neçə saata daha birinin anonsunu verə bilərik. Sergey Lavrov Azərbaycana sonuncu dəfə aprelin 6-də gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib.

    Sergey Lavrov İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzəkirə edib. Görüşdən sonra Lavrov müzakirələrin bəzi təfərrüatlarından danışıb. “Təmas xəttində snayperlər var. Bu, çox təhlükəlidir. İndiki situasiya bizim hamımızı ayıldacaq və teziklə bu tədbirləri razılaşdırmağa məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir”, - deyə Lavrov qeyd edib.Lavrov qeyd edib ki, həm prezident Vladimir Putin, həm də baş nazir Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daim müxtəlif ideyalar irəli sürüblər. O bildirib ki, təkliflərin detalları barədə məlumat verməyəcək. “Amma danışıqlar masası ətrafında bir neçə həll variantı var. Biz bunları ötən gün prezident İlham Əliyevlə görüş zamanı da müzakirə etdik. Bizim səylərimiz davamlı olacaq”, - deyə Lavrov bildirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.