• Rus Dili
  • Reklam
    » » Avropa Olimpiya Təsnifat Turnirində daha 3 Azərbaycan boksçusu rinqə çıxıb
    

    Avropa Olimpiya Təsnifat Turnirində daha 3 Azərbaycan boksçusu rinqə çıxıb

    12-04-2016, 08:46
    Oxunub: 451
    Şərhlər: 0
    Çap versiyası
    Avropa Olimpiya Təsnifat Turnirində daha 3 Azərbaycan boksçusu rinqə çıxıb
    Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanın daha 3 boksçusu rinqə çıxıb.

    "Report"un məlumatına görə, onlardan 2-si kişi, 1-i qadın olub.

    Kişilərin mübarizəsində ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) 1/8 finala təsadüf edən ilk döyüşündə irlandiyalı Den Qardineri xal hesabı ilə üstələyib - 3:0. 1/4 finalda rəqib italiyalı Vianello Quido olacaq. Görüş aprelin 13-də keçiriləcək.

    "Bakı 2015" I Avropa Oyunlarının qalibi Lorentso Sotomayor (64 kq) da 1/8 finalda irland rəqibini yenib. O, Den Uolşa xal hesabı ilə qalib gəlib - 2:1. Aprelin 13-nə təsadüf edəcək növbəti görüşdə rəqib yunan Aleksandros Tsanikidis olacaq.

    Əvəzində qadın boksçu Yelena Vıstropova (75 kq) 1/8 finaldaca türkiyəli Sema Çalışkana 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

    Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk 3 günündə rinqə çıxan Azərbaycan boksçularından Anaxanım Ağayeva (51 kq) və Kamran Şahsuvarlı (75 kq) mübarizəni dayandırıb, Yana Alekseyevna (60 kq) isə 1/8 finala yüksəlib. Aprelin 12-də 1/8 final görüşündə dünya çempionu Cavid Çələbiyev (56 kq) Vyaçeslav Qojanla (Moldova), Avropa çempionu Teymur Məmmədov (81 kq) Georgi Kuşitaşvili (Rusiya) ilə, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) isə Tadas Tamaşauskasla (Litva) qarşılaşacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.