• Rus Dili
  • Reklam
    » » Erməni general Rusiyanın həll planına qarşı çıxdı
    

    Erməni general Rusiyanın həll planına qarşı çıxdı

    8-04-2016, 19:42
    Oxunub: 1 211
    Şərhlər: 0
    Çap versiyası
    Erməni general Rusiyanın həll planına qarşı çıxdı
    Arkadi Ter-Tadevosyan: “Mən bu ərazilərin qaytarılmasının əleyhinəyəm”

    “Artsaxın (Dağlıq Qarabağ-E.) heç bir santimetr ərazisini də azad etmək və ya digər ərazilərlə dəyişmək etmək olmaz!”

    Birinci Qarabağ müharibəsinin canilərindən biri olan, ermənilərin “Komandos” adlandırdıqları general-mayor Arkadi Ter-Tadevosyan bunları bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

    Ter-Tadevosyan bildirib ki, ətraf ərazilərin qaytarılması Azərbaycan ən yaxşı hədiyyə olardı. Erməni terrorçusu iddia edib ki, Madrid prinsipləri Ermənistan tərəfi üçün faydalı deyil və onları qəbul etmək yolverilməzdir. Onun sözlərinə görə, ətraf ərazilərin saxlanılması Dağlıq Qarabağın təhlükəsizliyinin mühüm komponentidir.

    Ter-Tadevosyan iddia edib ki, həmin ərazilərin alınması uğrunda döyüşlərdə qan axıb.

    “Orda bizim kilsələrimiz, xaçkarlarımız var və 1915-ci il hadisələrini nəzərə almaq lazımdır. Mən bu ərazilərin qaytarılmasının əleyhinəyəm” - deyə, o, bildirib.

    Qeyd edək ki, Rusiyanın müdaxiləsi nəticəsində atəşkəsin əldə olunmasından sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonunun azad olunması ilə bağlı həll planının masa üzərinə qoyulması barədə xəbərlər Ermənistanda və Qarabağ separatçılarında ciddi narahatlıq doğurub. Sadə ermənilər ağır itkilərdən təngə gələrək S.Sarkisyan rejimini lənətləsə də, Azərbaycana qarşı cinayətlər törətmiş ermənilər isə birmənalı şəkildə güzəştlərin əleyhinə çıxırlar.

    Bir neçə gün əvvəl Azərbaycanın son əməliyyatlarda qalib gəldiyini deyən Ter-Tadevosyanın indi Moskvaya meydan oxuması da maraqlı məsələdir. O da istisna deyil ki, son açıqlaması ilə radikal ermənilərin qəzəbinə gəlmiş “Komandos” sərt çıxışları ilə özünə qarşı münasibəti dəyişmək istəyir.

    ELŞAD,
    MUSAVAT.COMскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.