• Rus Dili
  • Reklam
    » » Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq
    

    Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq

    5-04-2016, 02:21
    Oxunub: 651
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq
    "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq".

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Qızıl Aypara Cəmiyyətinin (TOFC) yığıncaqda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı və orada törədilən cinayətlərin ağrıları Türkiyə xalqının ağrılarıdır.

    Türkiyə prezidenti çıxışı zamanı 1992-ci ildə Dağlıq Qarabağın işğalı dövründə şair Əbdürrəhman Karakoçun sözlərini sitat gətirib. O bildirib ki, Karakoç Azərbaycanın kədərli itkiləri ilə bağlı Türkiyə xalqının keçirdiyi hissləri sətirlərə köçürüb:
    "Hər həlak olan Azərbaycan əsgəri ilə biz ürəyimizin bir qismini itiririk".

    Türkiyə prezidenti qeyd edib ki, şər əbədi mövcud ola bilməz: "Qarabağ yenidən öz sahibinə qovuşacaq, Azərbaycanın olacaq, mən buna inanıram. Bir gün bizim Qarabağdan olan, 25 ilə yaxındır öz vətənindən uzaq düşən qardaşlarımız, öz doğma diyarlarına, evlərinə qayıdacaqlar. Mən buna bütün qəlbimlə inanıram. Bir daha bizim dost və qardaş Azərbaycana dəstəyimizi bildirmək istəyirəm, insanların həyatlarını itirməsi ilə bağlı başsağlığı verirəm".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.